|
Humanitar atəşkəsin dördüncü günü

Cəbhənin Füzuli istiqamətində düşmən təxribatı davam edir.

Atəşkəsin üçüncü günündə də ermənilər kəndləri atəşə tutub.

Ermənilər Horadiz şəhərini, Alıxanlı kəndini və Zobucuq qəsəbələrini ağır artileriyadan hədəfə alıblar. Kənd və qəsəbədə zərər görən evlər var. İlkin məlumata görə, mülki əhali arasında ölən və xəsarət alan yoxdur.

Qeyd edək ki, humanitar atəşkəs elan edildiyi ilk gündən ermənilər dinc əhalini və Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin mövqelərini susdurmaqda davam edir.