“Xarici diplomatlar və beynəlxalq təşkilatların rəhbərləri Ermənistanın Baş nazirinin Gəncə şəhərinin dinc sakinlərinə qarşı sifariş verdiyi hərbi cinayəti öz gözləri ilə gördülər”.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşıb.
“Onlar günahsız qurbanların xatirəsini yad etmək üçün hadisə yerinə çiçəklər qoydular”, - deyə, paylaşımda qeyd olunub.
