|
Atəş səsinin kəsilmədiyi  Füzuli cəbhəsində atəşkəsin üçüncü günü

Cəbhənin Füzuli istiqamətində döyüşlər davam edir.

"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, atəşkəsin üşüncü günündə də ermənilərin təxribatı davam edib.

Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini artilleriyadan atəşə tutmaqda davam edirilər.

Azərbaycan ordusu düşmən mövqelərini ağır artileriyadan hədəfə alıb. Döyüşlər şəhər saatlarında da davam edir.

Qeyd edək ki, humanitar atəşkəs elan edildiyi ilk gündən ermənilər dinc əhalini və Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin mövqelərini susdurur.