Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaşlı qadın ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.
1943-cü il təvəllüdlü İsayeva Gülzadə Beydulla qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimlərinin APA-ya verdiyi məlumata görə, G.İsayeva xəstəxanaya sol ayaq və sol əlinin sınığı diaqnozu ilə qəbul edilib.
Hazırda vəziyyəti qənaətbəxşdir.
