Ermənistanın Gəncə şəhərindəki yaşayış binalarına ballistik raketlə zərbə endirməsi hadisəsi Anadolu agentliyinin “60 saniyə bu gün” rubrikasında yer alıb.
AZƏRTAC xəbər verir ki, təcavüzkar dövlətin dinc əhalini hədəf alması nəticəsində 9 mülki şəxsin ölümünə, 34 nəfərin yaralanmasına və böyük miqyasda dağıntıya səbəb olub. Yazıda qeyd olunub: “Bütün bu cinayətlərə görə, Ermənistan dövlətinin məsuliyyət daşıdığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanın buna qarşılıq verəcəyini bildirib”.
