|
Bill Qeyts koronavirus üzərində qələbə şərtini açıqladı

“Microsoft”un qurucusu Bill Qeyts bəşəriyyətin COVID-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib.

Milyarderin sözlərinə görə, COVID-19-un yayılmasına əlçatan və super təsirli bir peyvənd son qoyacaq.