|
Azay Quliyev: "Ermənistanın hərbi cinayətlərinin bundan sonra da cəzasız qalması yolverilməzdir"

"Rusiya Federasiyası onun təşəbbüsü ilə imzalanan humanitar atəşkəs haqqında razılaşmanı kobud şəkildə pozaraq Gəncəyə etdiyi raket hücumuna görə Ermənistanı şiddətlə qınamalıdır". Bunu tvitter hesablında ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev yazıb.

"Ermənistanın hərbi cinayətlərinin bundan sonra da cəzasız qalması yolverilməzdir" - deyə, deputat yazıb.