Professor Nərgiz Paşayevanın qızı Aida Mahmudovanın rəhbərliyi ilə yaradılan “Yarat” Müasir İncəsənət Mərkəzi tərəfindən növbəti sərgi olacaq.
ANS PRESS-in məlumatına görə 1 noyabr tarixində günorta saat 12-00-dn gecə 12-00-a kimi açıq olan “Rəssam Emalatxanalarının açılışı” sərgisində artıq hazır olan rəsmlər, şəkillərin necə çəkilməsi göstəriləcək.
Sərgidə müxtəlif proqramların keçirilməsi nəzərdə tutulur. Yəni 12—00-dan uşaqlar üçün təşkil olunan: burada uçaqlara heykəllərin düzəldilməsi, parça üzərində yağlı boya ilə şəkillərin çəkilməsi göstəriləcək. Digər proqram isə dj-lərin iştirakı ilə olan əyləncəli proqram.
Qeyd edək ki, giriş pulsuzdur! Əlavə məlumat üçün www.yarat.az e-mail ünvanına daxil ola bilərsiniz.
