Azərbaycan xalqı o qədər istiqanlı və mehribandır ki, ölkəniz mənim üçün ikinci evim kimidir”. Bu sözləri Türkiyənin məşhur aktrisası Türkan Şoray “Nərgiz Maqazin” jurnalina verdiyi açıqlamada deyib. Türkan Şoray Azərbaycana gəldikdə özünü vətəndə olduğu kimi hiss etdiyini də vurğulayıb:
"Azərbaycan xalqı o qədər istiqanlı və mehribandır ki, ölkəniz mənim üçün ikinci evim kimidir. Bu söz xatirinə deyilən ifadə deyil, doğrudan da, belədir. Azərbaycana gəldikdə özümüzü öz vətənimizdəki kimi hiss ediriK".
Qeyd edək ki, “Nərgiz Maqazin” jurnalı Azərbaycanda olan bir sıra məşhurların rəy və hekayələrini sosial şəbəkədə #everyoneAzerbaijan” həştəqi ilə paylaşaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışır.
