Qarabağ problemi indi və dərhal həll edilməlidir. Daha 30 il gözləyə bilmərik.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, həll mexanizminə beynəlxalq nüfuz qazandırmaq üçün fürsət yaranıb:
“Beynəlxalq təşkilatlar bütün bəşəriyyət üçün təhlükəsizliyi, sabitliyi və rifahı nə zaman təmin edəcək?! Ermənistanın 30 illik zülmü, işğalı və hələ də davam edən cinayətkarlığı qarşısında səslərini nə zaman qaldıracaqlar? O gün məhz bu gündür. 30 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərə səs çıxarmayanlar atəşkəs çağırışı yerinə, işğalçı Ermənistanı Qarabağı tərk etməyə çağırsalar, daha doğru və ədalətli olar”.
