|
Penelopa Kruz erməniləri Kolumbiya bayrağı ilə "həyəcanlandırdı"

İspanəsilli Hollivud aktrisası Penelopa Kruz özü də bilmədən erməniləri ehtizaza gətirib.

Beynəlxalq media qurumları xəbər verir ki, aktrisa öz İnstaqram akkauntunda yeni filmi "355"-in posterini paylaşıb və posterdə sarı, qırmızı, göy rəngli Kolumbiya bayrağının fonunda olub. Ermənilər isə güman ediblər ki, bu, Ermənistanın bayrağıdır (narıncı, qırmızı, göy) və P.Kruz onların "haqq işi"nə, Qarabağ uğrunda mübarizəsinə dəstək verir. 

Aktrisa lazımi izahat verib desə də ki, bu "365" filmindəki kolumbiyalı Qrasieladır. Buna baxmayaraq, ermənilər posterin paylaşımını 20 min dəfə "layk" ediblər, bəzi azərbaycanlılar isə onlarla mübahisəyə girişiblər.

Ermənilərə lağ edənlər, "öz bayrağınızın rənglərini tanımırsınız" yazıb ələ salıblar. "Bilmirdiniz ki, Kolumbiya əzəli erməni torpağıdır?" yazanlar, Penelopa Kruzun əsl soyadının Kruzyan olduğu ilə bağlı zarafatlar edənlər də olub.