|
Suriyada partlayış olub, yaralananlar var

Suriyanın cənub-qərbindəki Deraa şəhərində güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. Hadisə şəhərin mərkəzi hissəsindəki Əs-Sabil bölgəsində baş verib.

Məlumata görə, kustar üsulla hazırlanmış partlayıcının partladılması nəticəsində azı iki nəfər yaralanıb.