|
Dünyanın ən zəngin adamlarının varidatı son 3 ildə 10,2 trilyona çatdı

Dünyada dollar milyarderlərinin ümumi sərvəti rekord həddə -10,2 trilyona qədər çatıb.

Musavat.com xarici agentliklərə isitnaədən xəbər verir ki, bu barədə “PwC” konsaltinq şirkətinin yeni hesabatında deyilir.

 Şirkət bu rəqəmin 2017-ci ildəki 8,9 trilyonluq göstəricini üstələməsinə diqqət çəkib.

Rusiyada bu ilni iyul ayına qədər olan məlumata görə, 102 dollar milyarderi qeydə alınıb. Onların ümumi sərvətinin 467,6 milyard dollar olduğu bildirilir. Qeyd etmək lazımdır ki, cəmi bir il əvvəl Rusiyada ümumi sərvəti 388,9 milyard olan 100 dollar milyarderinin olduğu bilinirdi.

Analitiklər son on ildə varlı adamların pullarının çoxalmasına əsas səbəb olaraq onların bir çoxunun yeni İT texnologiyalara, habelə tibb-əczaçılıq sahəsinə sərmayə qoymalarını göstərirlər.

Belə ki, 2018-ci ildən bu yana İT sahədə çalışan milyarderlərin ümumi sərvəti 42,5% yüksələrək 1,8 trilyon dollara çatıb. Səhiyyə sahəsində fəaliyyət göstərən milyarderlərin pulu isə 50,3% artaraq 658,6 milyard dollar olub.