|
Rusiyadakı məşhurlardan Azərbaycana və Ordumuza dəstək mesajları

Rusiyada yaşayan məşhur azərbaycanlı sənətçilər də Azərbaycana və Azərbaycan Ordusuna dəstək mesajları paylaşıblar. Məşhur həmyerlilərimiz sosial mediada Azərbaycan və Silahlı Qüvvələrimiz haqında paylaşımlar edir, Qarabağın Azərbaycan olduğunu vurğulayırlar. 

Musavat.com onlardan bir neçəsini təqdim edir:

Rusiyada məşhurlaşan həmyerlimiz Navaib öz “İnstagram” səhifəsində Qarabağda gedən döyüşlərdən yazıb. Sənətçi 1 milyon izləyicisi olan səhifəsində,- “Allah şəhidlərimizə rəhmət eləsin! Azərbaycan üçün dua edin”,- qeydini paylaşıb. 

Rusiyada məşhur olan digər həmyerlimiz videobloger Hüseyn Həsənov da öz “İnstagram” səhifəsində Azərbaycana dəstəyini ifadə edib. Hüseyn Həsənov 14 milyon izləyicisi olan səhifəsində Azərbaycana dəstəyini bu cür nümayiş etdirib:
"Mənim böyük auditoriyam var və bunu millətlərə bölməyə razı deyiləm, çünki mənim üçün bütün insanlar insandırlar!

Sözlərimə səbirlə və anlayışla yanaşmağınızı xahiş edirəm, millətimi təmsil edirəm, çünki azərbaycanlıyam və bununla qürur duyuram.

Məni başa düşməyinizi istəyirəm, Azərbaycan ədalət tərəfdarıdır və indi, işğal altındakı torpaqlarını geri qaytarır”.

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jah Khalib isə Tacir Şahmalıoğlunun ifasında “Qarabağ şikəstəsi“ni paylaşaraq, ”Vətən sağ olsun!” qeydini yazıb.