|
Böyük Britaniya parlamentinin üzvü:

Böyük Britaniya parlamentinin üzvü Britaniya hökumətini Ermənistanın hücumlarını qınamağa çağırıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, İcmalar Palatasının üzvü Bob Blekmen İcmalar Palatasında müzakirə olunması üçün yazılı şəkildə ilkin qanunvericilik təşəbbüsü irəli sürüb. Təşəbbüsdə bildirilir:

“Ermənistanın 27 sentyabr 2020-ci il tarixində başlatdığı və hər gün də artmağa davam edən təcavüzkar siyasəti Ermənistanla Azərbaycan arasında silahlı qarşıdurmanı daha da gücləndirir. Bunun kökündə 1990-cı illərin əvvəllərində 30.000 insanın ölümünə və 1 milyondan çox məcburi köçkünün evlərindən didərgin düşməsinə səbəb olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərində Ermənistanın qanunsuz hərbi nəzarəti dayanmaqdadır. Bu hazırda həm Türkiyəni, həm də Rusiyanı daha geniş bir qarşıdurmaya sürükləmək riski daşıyır.

Bu qanunvericilik təşəbbüsü Böyük Britaniya hökumətini Ermənistanı 1994-cü ildə imzalanan atəşkəs rejimini açıq şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri və mülki şəxslərinin mövqelərinə intensiv hücumda iri çaplı silahlardan, minaatanlardan və toplardan istifadə etdiyinə görə qınamağa çağırır. Bundan əlavə Hökuməti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan hərbi qüvvələrinin qanunsuz olaraq işğal olunmuş Azərbaycanın ərazilərindən çıxarılmasına çağırır”.