Ağ Evin mətbuat katibi Keyli Makineninin artıq dörd müavininə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə CNN teleşirkəti bildirib.
Teleşirkətin mənbəyinin sözlərinə görə, söhbət Djeylen Drammonddan gedir. Daha əvvəl Çeda Qilmartina və Kerolayn Levittdə koronavirus infeksiyası aşkarlanıb.
Bildirilir ki, hazırda Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Melanya Tramp, Keyli Makineni də daxil olmaqla, koronavirusa 10 nəfərin yoluxduğu məlumdur. Keyli Makineni özünün “Twitter”dəki səhifəsində bildirib ki, ona koronavirus diaqnozu qoyulub. O, qeyd edib ki, karantin qaydalarına riayət edəcək və distant rejimdə işləyəcək.
