“Facebook” Inc və “Twitter” ABŞ prezidenti Donald Trampın koronavirus haqqında tvitləri ilə bağlı ciddi tədbirlərə əl atıb.
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, buna əsas səbəb Ağ Ev rəhbərinin COVİD-19-u sadə qripə bənzətməklə dezinformasiya yayması olub.
“Facebook” bununla bağlı informasiyanı dərhal silib. “Twitter” isə Donald Trampın məlum tvitini yenidən yaymaq imkanını (retvit-red.) ortadan qaldıraraq, ABŞ prezidentinin koronavirusla bağlı potensial təhlükəli informasiya verdiyini, habelə onun insanlara qoyulan qadağalara riayət etmədiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına əsasən, 2019-2020-c ildə qrip mövsümündə həmin xəstəlikdən 22 min adam vəfat edib. Lakin koronavirus Birləşmiş Ştatlarda peyda olduğu gündən bəri 210 min insanın canını alıb.
