Deputat Mahir Aslanovun oğlu avtoxuliqanlığı ilə tanınır.
Tia.az-a daxil olan məlumata görə, prezidentin məmur balalarına xəbərdarlığına baxmayaraq, deputat övladı Famil Aslanov həvəskar sürücüdü.
Onun şəhər küçələrində “avtoş” kimi tez-tez görənlər olur. M.Aslanov isə övladının bu hərəkətlərinə göz yummaqda davam edir. Prezident isə məmur balaların harınlıq edəcəkləri halda ağır cəza veriləcəyini söyləyib.
Hələ buu ilin əvvəlində Bakı küçələrində qadağan olunmuş səs siqnallarından istifadə edən sürücü saxlanılıb. Avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb.
Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib. Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilib. Onun digər oğlu Məhəmmədəli Aslanov isə “Bank of Azerbaijan”ın İdarə Heyətində çalışır.
