|
Paşinyan oğlu Aşotu "könüllü" orduya göndərir FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan oğlu Aşot Paşinyanı cəbhəyə göndərib.
Bu barədə Aşot Paşinyan status yazaraq bildirib ki, könüllü olaraq vətənimizə xidmət etmək sırası bizə gəldi.
Onu da bildirək ki, Paşinyan “Facebook”da paylaşım edərək, Qarabağda bir sıra məntəqələrdə çətin vəziyyətdə qaldıqlarını yazıb.
“Bəzi məntəqələrdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm”, - deyə N.Paşinyan bildirib.

Rəzil durumda qalan düşmən ordusunda artıq yeniyetmələrə, 60 yaşında olan qocalara da rast gəlinir. Bununla bağlı faktlar Azərbaycan mediasında geniş yayılıb.

Musavat.com