|
Ermənistanın Gəncəni atəşə tutması nəticəsində yaralanan 7 yaşlı Banu FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alanların arasında böyüklərlə yanaşı azyaşlılar da var. Belə ki, sosial şəbəklərdə 2013-cü il təvəlüdlü İbrahimova Banu Faiq qızınını yaralı vəziyyətdə olan görüntüləri yayılıb. Görüntülərdən belə aydın olur ki, ermənilərin dinc əhalini raket atəşinə tutması nəticəsində aşyaşlı başından yara alıb. 

Qeyd edək ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.