|
Trampın xəstəliyi ciddiləşsə ABŞ-da hakimiyyətin ötürülməsi necə gerçəkləşəcək...

ABŞ-ın vitse-prezidenti Maykl Pens koronavirusa yaxalanan Donald Trampın sağlıq durumunun ciddiləşməsi halında tam olaraq prezidentlik səlahiyyətlərinə yiyələnəcək.

Böyük Britaniyanın “The Telegraph” qəzeti bununla bağlı prosedurun necə baş verəcəyinə dair xüsusi yazı hazırlayıb.

Prezidentin ailə həkimi Şon Konlinin sözlərinə görə, hazırda həm Donald Tramp, həm də xanımı Melaniya özlərini yaxşı hiss edirlər. Lakin hər bir halda dövlət başçısının bir müddət karantin rejiminə girəcək olması onun öz səlahiyyələtlərinin bir hissəsini itirməsi anlamına gələcək.

Bu halda həmin yetkilər vitse-prezident Maykl Pens tərəfindən icra olunacaq. Əgər prezident ağır xəstələnsə və fəaliyyət göstərə bilmədiyi müəyyənləşsə, Maykl Pens artıq tam olaraq Ağ Evin rəhbəri olaraq vəzifəsinə başlayacaq.

Bundan sonra Donald Tramp vəzifə başına qayıtmaq üçün öncə Konqresi yazılı şəkildə məlumatlandırmalıdır. Daha sonra parlamentin hər iki pöalatasının üçdə ikisi onun geri dönməsinə razılıq verməlidir. Əks halda Maykl Pens bu ilin noyabr ayının 3-də keçiriləcək seçkilərə qədər prezident səlahiyyətlərini icra etməyi sürdürəcək.

Əgər Maykl Pensin özü xəstələnsə, onun səlahiyyətləri Nümayəndələr palatasının spikeri Nensi Pelosyə keçir. Hadisələrin nəzəri cəhətdən bu cür inkişafı halında Demokrat partiyası elə seçkilərə 1 ay qalmış artıq Ağ Evi ələ keçirmiş olur.