|
Əfqanıstanda törədilən terror aktı nəticəsində 15 nəfər ölüb

Əfqanıstanın Nəngərhar vilayətində partlayış baş verib.

APA-nın məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub, 30-dan insan yaralanıb. 

Ölənlərdən səkkiz nəfərin dinc sakin olduğu deyilir. Minalanmış avtomobil qubernatorun iqamətgahının yaxınlığında partlayıb, daha sonra silahlı terrorçular  iqamətgaha girməyə cəhd etsələr də, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdiriliblər.