|
Zelenski dialoqa çağırıb, Ukraynanın Azərbaycanı dəstəklədiyini deyib

Ukrayna prezidentinin rəsmi saytındakı məlumata görə Zelenski deyib ki, son günlərin hadisələri və Dağlıq Qarabağda yeni gərginlik, istənilən dondurulmuş münaqişənin hətta çox illərdən sonra da alovlana biləcəyini göstərir.

Prezident Zelenski qeyd edib ki, son illərdə Ukrayna və Azərbaycan istər iqtisadi, istərsə də geosiyasi səviyyədə sıx münasibətlər qurublar. Məhz buna görə də “Ukrayna Azərbaycan dövlətini dəstəkləmək mövqeyində dayanıb və bundan sonra da dayanacaq”.