Düşmən Tərtərə mərmi yağdırır. Oktyabrın 2-də səhər saatlarından başlayaraq, düşmən qüvvələri işğal olunmuş ərazilərimizdən Tərtər şəhəri və ətraf kəndləri intensiv top atəşinə tutmaqda davam edib.
“Yeni Müsavat”ın Reportyor Qrupu xəbər verir ki, bir qədər əvvəl Tərtər şəhərinin mərkəzinə atılan mərmilər 5 mərtəbəli yaşayış binasını yararsız hala salıb. İnzibati binalara ciddi ziyan dəyib. İtki yoxdur. Hazırda atışma davam edir.
