|
“Rusiya Covid-19 peyvəndləri haqqında yalan informasiya yayır”- İDDİA

Böyük Britaniyanın hərbi komandanlığı Rusiyanın koronavirus əleyhinə peyvəndlər haqqında sosial şəbəkələrdə qəsdən dezinformasiyalar yaydığı barədə bəyanat verib.

Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin Baş qərargah rəisi general ser Nik Karter rəsmi Moskva və Pekinin “Qərbin vəhdətini qırmağa yönəlmiş strategiya” ilə xüsusi şəkildə təbliğat kampaniyası yürütdüyünü iddia edib.

“Policy Exchange” analitik mərkəzində çıxış edən britaniyalı general “avtokratik rəqiblərini” informasiya mühitini manipulyasiya etməkdə suçlayaraq onları Covid-19- dan strateji fayda güdməkdə ittiham edib.
“Onların dezinformasiya məqsədilə yaydığı uydurmalar sosial şəbəkələrdə aktiv qruplara daxil olmaq məqsədini daşıyır”,-deyə general bildirib.

Nik Karter bunu rəqəmsal avtoritarizmin nümunəsi adlandıraraq, həmin fəaliyyətin arxasında Kremlə yaxın kiber-haker qrupların durduğunu iddia edib.

Qeyd edək ki, Böyük Britaniya ordusunda şərti düşmənin təbliğat və dezinformasiya siyasətinə qarşı 77-ci briqada fəaliyyət göstərir.