Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev oktyabrın 1-də "Al Jazeera" telekanalına Ermənistanın təxribatlarına dair müsahibə verib.
Musavat.com xəbər verir ki, bu barədə A.Quliyev rəsmi "Facebook" səhifəsində qeyd edib:
"Bu gün "Al Jazeera" televiziyasının efirində Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhalimizin ermənilər tərəfindən atəşə tutulması və bombalanması haqqında danışdım. Beynəlxalq təşkilatların Ermənistanı torpaqlarımızın işğalını dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd-şərtsiz icra etməyə çağırmasının vacibliyini vurğuladım".
Müsahibənin orijinal variantını buradan izləyə bilərsiniz:
