Livan parlamentinin sədri Nabih Berri İsraillə dəniz və quru sərhədlərin demarkasiyası üzrə çərçivə razılığı əldə olunduğunu bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o bunu mətbuat konfarsında bildirib.
Berrinin sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə Livanın BMT-dəki Müvəqqəti qüvvələr mənzil-qərargahında bu istiqamətdə keçirilən danışıqlarda razılıq əldə edilib. Berri bildirib ki, danışıqlar uğurla başa çatarsa, onun yekunu üzrə sərhəd üzrə ikitərəfli razılıq imzalanacaq:
“Bu, Livan iqtisadiyyatına fayda verəcək”.
