|
Aralıq dənizində iki NATO dövlətinin savaşı:

ABŞ dövlət katibi Mayk Pompeo NATO müttəfiqləri olan Yunanıstan və Türkiyəni Aralıq dənizindəki ərazi mübahisəsini həll etmək üçün danışıqları ən qısa zamanda bərpa etməyə çağırıb.

“Yeni Müsavat” xəbər verir ki, bir çox məsələlərdə fikir ayrılığı olan iki ölkə Aralıq dənizinin şərqində hərbi gəmilərinin keçən ay qarşı-qarşıya gəldiyi ərazi barədə ilkin danışıqlara razılıq verib.

Türkiyə Yunanıstanın ərazi və iqtisadi hüquqlarının ona aid olduğunu iddia etdiyi əraziyə neft və qaz axtarışı üçün hərbi gəmilərin müşayiəti ilə təhqiqat gəmisi göndərib.

Yunanıstanın buna cavab olaraq, bölgəyə hərbi gəmilərini göndərməsi və ordusunu hazır vəziyyətə gətirməsi qarşıdurma qorxusunu artırıb.

Türkiyə gəmilərini geri çəkərək, bunun oktyabrın 1-də başlayacaq Avropa İttifaqının iki günlük zirvə görüşündən əvvəl danışıqlara yol açacağını bildirib.

Avropa İttifaqına üzv ölkələr iki ölkə arasında ərazi ilə bağlı fikir ayrılıqlarını və Kipr, Yunanıstan və Fransa tərəfindən Türkiyəyə qarşı tələb edilən mümkün sanksiyaları müzakirə edəcək.

Pompeo Yunanıstanın baş naziri Kiriyakos Mitsotakislə Krit adasında görüşdükdən sonra bu danışıqların ciddi şəkildə davam edəcəyinə ümidini bildirib.

Amma ABŞ hər iki NATO dövləti ilə münasibətdə orbitr rolunu oynayan tərəfə oxşamır. Pompeonun Yunanıstana səfəri və az qala rəsmi Afinanı əzilən tərəf kimi təqdim etməsi göstərir ki, Vaşinqton müttəfiqlərinin öz aralarında yaranan gərginliyində obyektiv davranmır.

Pompeo voices support for talks between Greece, Turkey

Pompeo deyib ki, yunanların bu istiqamətdə səy göstərdiklərini gördük və Türkiyə hökumətinin də eyni şəkildə cavab verməsini gözləyirik.

“Bundan əlavə, başlanılan danışıqların iki ölkə üçün nəinki sözdə, həm də əməldə məqbul nəticələr verməsini istəyirik”.

Digər tərəfdən, Pompeonun Yunanıstan ziyarəti paytaxt Afina, Selanik və Kritdə etiraz doğurub.

Selanikdə ABŞ konsulluğunun yanında toplaşan bir qrup “Müharibə naziri Pompeo, evinə get” - deyə, qışqıraraq ABŞ bayrağını yandırıblar.

Baxmayaraq, solçu yunan aktivistlər Pompeoya etirazlarını bildiriblər, faktiki ABŞ dövlət katibinin açıqlamasından belə nəticə hasil olur ki, Afina danışıqlar prosesində daha kompromisə meyillidir, Ankara isə yox...

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Türkiyə-Yunanıstan arasındakı qarşıdurmanın müharibə ilə nəticələnməsini gözləmir.

Onun sözlərinə görə, bu, Qərb və NATO dəyərlərini gözdən sala bilər: “Sadəcə, Yunanıstan bu məsələdə cığallıq edir. Necə ki, İran Xəzər dənizinin bərabər bölünməsini iddia edir, həyasızlıq göstərir, eynilə Yunanıstan və Kiprin yunan icması bu mövqedədir.

Əslində sahilyanı ərazilərin bölünməsinə dair müqavilə var. Beynəlxalq qanunlar orta xətt prinsipi tutur və dənizi ikiyə bölən xətt keçirilir. O xəttə doğru hər ölkənin sahil nöqtələrindən xətt göndərilir.

Düz xətlə orta xəttin arasındakı ərazi həmin ölkənin iqtisadi maraq zonası hesab edilir. Hələ ki bu məsələdə orta xətt prinsipi yayğın olmayıb və mübahisələr davam edir".

Q.Hüseynli hesab edir ki, heç də hər NATO dövləti Türkiyəyə qarşı ədalətli mövqe sərgiləmir: “Xüsusən ABŞ Türkiyənin qaldırdığı məsələlərə subyektiv yanaşır. Pompeo qırmızı-qırmızı sözü adamın üzünə deyir.

Hesab etmirəm ki, ABŞ tamamilə antitürk mövqeyini tutub. Amma Yunanıstanın başını sığallayır. Onlar da ermənilər kimi mağara təfəkkürünü büruzə verir, hər xırda işi böyüdürlər.

Ona görə bu dövlətlə məsələni yoluna qoymaq asan deyil. NATO ölkələri bir mövqedən çıxış etməlidirlər".

Qeyd edək ki, Afina ilə Ankara arasında uzun illərdir davam edən münaqişənin fonunda meydana gələn yeni mübahisə predmetinin səbəbi Aralıq dənizinin şərq hissəsində karbohidrogen yataqlarının tapılmasıdır.

Yunanıstan mübahisəli dəniz zonalarını özünün qitə şelfi hesab edir, Türkiyə isə yunanların iddialarını tam əsassız sayır.

Ümumi vəziyyətə neqativ formada təsir göstərən səbəblərdən biri də türklərin yaşadığı Şimali Kiprin statusunun həll edilməməsidir. Yunanlar adanın şimal hissəsinin müstəqilliyini tanımaq istəmirlər.

Elə buna görə də Yunanıstan Kipr adasının şimal akvatoriyasında tapılan faydalı qazıntılara türklərin haqqı olmasını qəbul etmir.