|
Bakıda avtomobil piyadanı vurub

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza 8-ci kilometr bazarının ərazisində baş verib.

"Samand" markalı nəqliyyat vasitəsi bazarın daxilində hərəkətdə olan alıcı - 1977-ci il təvəllüdlü Mikayılova Bəsti Taci qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.