|
Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Worldometers” portalı xəbər yayıb.

Dünya üzrə COVİD-19-dan ölənlərin sayı 1 milyon 6 min 381 nəfər təşkil edir. Sağalanların sayı isə 24 milyon 881 min 239 nəfərdir.

Yoluxma sayına görə ilk yerləri Amerika Birləşmiş Ştatları, Hindistan, Braziliya və Rusiya tutur.