|
“Antalyaspor” Türkiyə Super Liqasında liderlərə şərik çıxıb

Türkiyə Super Liqasında III tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 1 matç baş tutub.

Günün yeganə qarşılaşması Antalyada keçirilib. “Dənizlispor” “Antalyaspor”un qonağı olub.

Görüşün taleyini bir qol həll edib. İkinci hissədə fərqlənən meydan sahibləri 3 xala seviniblər. Bununla da aktivindəki xalları 7-yə çatdıran antalyalılar liderlərə şərik olublar.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 2-4-də keçiriləcək.

Türkiyə Super Liqası
III tur
28 sentyabr
“Antalyaspor” – “Dənizlispor” – 1:0
Sarı, 58