|
Ermənistanda koronavirusa yoluxanların sayı 49 500-ü keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır. Son sutka ərzində ölkədə daha 174 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə COVıD-19 virusuna yoluxanların ümumi sayı 49 min 574-ə çatıb.

Pandemiya qurbanlarının sayı daha 6 fakt artaraq 957-yə çatıb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 295-dir.

Hazırda Ermənistanda 4657 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.