"UEFA-nın təşkil etdiyi turnirlərin oyunlarına tamaşaçı qəbulu ilə bağlı qərar yoxdur".
"Report" xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin qurumun İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransda deyib.
Funksioner bildirib ki, ölkələrdəki məhdudiyyətlərlə bağlı vəziyyət çox fərqlidir.
Qeyd edək ki, bu il koronavirus səbəbindən avrokubok matçları azarkeşsiz keçirilir.
