Türkiyənin məşhur aktyoru Kemal Sunalın ailəsi müəllif hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə uzun sürən proseslərdən sonra qərarını açıqlayıb. Qərara əsasən məşhur aktyorun televiziya kanallarında göstərilən 36 filminə görə "Gülşan Film" şirkəti ailəyə 856 479 lirə ödəyəcək. Beləliklə, Kemal Sunalın ailəsi, bütün fimlərinin müəlliflik hüququna sahibləniblər.
K.Sunalın oğlu Əli Sunal isə mətbuata açıqlama verib: "Bir oğul olaraq atamın vəsiyyətini yerinə yetirməkdən qürur duyuram. Türkiyədə sənətçilər təkrar göstərilən filmlərdən heç bir pul almırlar. Bütün məşhur aktyorların filmləri TV-də təkrar-təkrar yayımlanır. Atam ən çox istismar edilən oldu. Atamın 82 filmi var. İldə ən az 1000 dəfə təkrar-təkrar göstərilir."(bizimyol)
