|
Sumqayıtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən  verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 23 sentyabr 2020-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.