|
Həsən Ruhani ABŞ-ı İran qarşısında təslim olmağa çağırıb

İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındakı videoçıxışında bir daha ABŞ-a meydan oxuyub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, burada Birləşmiş Ştatları İran qarşısında təslim olmağa çağırıb.

“İran ABŞ-ın daxili siysətində və ya onun prezidentlik seçkilərində bazarlıq predmeti deyil. ABŞ-ın istənilən administrasiyasının İran xalqının mətanəti qarşısında baş əyməkdən başqa çarəsi yoxdur”,-deyə ölkə başçısı bildirib.

“Onlar utanmadan bizi nüvə silahı yaratmaq cəhdində günahlandırırlar və nüvə silahının yayılmasının qarşısının alınması bəhanəsi ilə sankiyalar tətbiq edirlər. Lakin ABŞ-ın özünün bəşəriyyət tarixində atom silahını dinc əhaliyə qarşı ilk dəfə istifadə edən ölkə kimi rəzil reputasiyası var”,-deyə İran prezidenti çıxşında qeyd edib.