“ABŞ-ın İrana bütün gücü ilə təzyiq göstərmək planı boşa çıxdı”.
Bu fikir Fransa prezidenti Emmanuel Makron tərəfindən səsləndirilib.
Fransız liderin sözlərinə görə, rəsmi Vaşinqton İran İslam Respublikası, Avropa Birliyi və ABŞ arasında 2015-ci ildə imzalanan nüvə sazişindən çıxdığı üçün artıq BMT vasitəsilə rəsmi Tehrana qarşı sanksiyalar, o cümlədən silah embarqosu tətbiq etmək hüququna malik deyil.
“Son bir neçə ilə ərzində maksimal təzyiq strategiyası İranın regionda pozucu fəaliyyətini əngəlləyə bilməyib. Üstəlik bu siyasət İran İslam Respublikasını nüvə silahını əldə etməyəcəyinə də təminat verə bilməz”, - deyə Fransa dövlət başçısı bildirib.
Emmanuel Makron bu səbəbdən Fransanın Almaniya və Böyük Britaniya ilə birlikdə həmin sazişlə tərəflər üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməsinə çalışacağını, bunu ən çox İranın özündən tələb edəcəklərini söyləyib.
