Ermənistan tərəfi növbəti dəfə Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Sentyabrın 22-də saat 23 radələrindən etibarən Tovuz rayonun Ağdam kəndi istiqamətində mövqelərimiz atəşə tutulub.
Kiçik çaplı silahlardan istifadə olunmaqla 30 dəqiqəyə yaxın davam edən döyüşdən sonra düşmən tərəf susdurulub.
İlkin məlumata görə, ordumuz itki verməyib, yaralanan yoxdur.
