|
ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verib

“Rusiyanın ixtira etdiyi “Sputnik V” adlı koronavirusa qarşı vaksin effektivdir və insan orqanizmi üçün ziyansızdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun direktoru Hans Klüqe Rusiyanın Baş naziri Mixail Muraşko ilə danışıqlar zamanı açıqlayıb.

Təşkilat rəsmisi vaksinin hazırlanmasına görə Rusiyaya təşəkkür edib.