Rusiyanın məşhur televiziya aparıcısı, aktyor və rejissor olan Mixail Borisov 71 yaşında vəfat edib.
Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Mixail Borisovun çalışdığı Boris Şukin adına Teatr İnstitutunun saytında məlumat verilib. Qohumları da onun ölümü barədə məlumatları təsdiqləyiblər.
Məlumata görə, şənbə günü çəkiliş meydançasında vəziyyəti qəflətən pisləşən M.Borisov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ona ağciyərlərin iltihabı diaqnozu qoyulub.
Xatırladaq ki, Mixail Borisov əsasən 1994-cü ildən aparıcısı olduğu “Rus lotosu" verilişi ilə yaddaşlarda qalıb.
