Böyük Britaniya xarici işlər naziri Dominik Raabın cangüdəni silahını təyyarədə unudub, buna görə də öz işindən kənarlaşdırılıb.
Bu barədə CNN telekanalı məlumat yayıb. Kanalın informasiyasına əsasən, hadisə təyyarə Hitrou hava limanına enməzdən əvvəl baş verib. London polisi insidenti təsdiq edərək, daxili araşdırmanın başlanıldığını bildirib.
Böyük Britaniya mətbuatı cangüdənin silahını tualetdə qoyub getdiyini yazıb. Tapançanın itdiyi fərq edilən kimi göyərtədə ciddi panika yaşanıb və təyyarənin yerə enməsi gecikib.
Xatırladaq ki, bu həftə Dominik Raabın ABŞ dövlət katibi Maykl Pompeo ilə Vaşinqtonda mühüm görüşü baş tutmuşdu.
