|
Millət vəkili bacısı oğlunun həbsindən danışdı-

“General-mayor Şərif Əsədullayev oğlunun törətdiyi hadisədən xəbər tutaraq, dərhal onu polisə gətirərək təhvil verib. Bu, düz hərəkətdir. Buna başqa nəsə əlavə etmək lazım deyil”. 

Cia.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında deputat Cavanşir Paşazadə bacısı oğlu Tamerlan Əsədullayevin törətdiyi olayla əlaqədar həbs olunmasına münasibət bildirərkən deyib.  C.Paşazadə Tamerlan Əsədullayevin törətdiyi hadisənin mətbuatda geniş işıqlandırılmasına  belə münasibət bildirib.“Bacımın oğlu ilə bağlı məsələ mətbuatda necə işıqlandırılıbsa,  fakt odur. Mən də o qədər bilirəm, ondan artıq heç nə deyə bilmərəm.  Şərif Əsədullayev oğlunu götürüb özü polis bölməsinə təhvil verib. Əlavə heç nə demək istəmirəm”.

Bir neçə gün öncə Bakının Yasamal rayonundakı “Senator” restoranında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin iştirakı ilə dava düşüb, bir nəfər bıçaqlanıb.

Cia.az