Nyu-York meri Bill de Blazio şəhər administrasiyasının bütün əməkdaşların özü ilə birlikdə bir həftəlik ödənişsiz məzuniyyətə buraxacaq.
Bununla mer koronavirus pandemiyası ilə əlaqədar şəhər büdcəsində yaranan kəsiri bir qədər azaltmağı düşünür.
Son hesablamalara görə, ötən ay Nyu-Yorkun maliyyə itkiləri ən az 9 milyard dollar təşkil edib. Bu səbəbdən şəhər büdcəsi 7 milyard dollar azaldılıb. Bill de Blazionun fikrincə, düşündüyü tədbir, bələdiyyə işçilərinin maaşlarının artırılmasını tələb edən həmkarlar ittifaqları ilə danışıqlar, ən az bir neçə milyon dollar qənaət etməyə şərait yaradacaq.
“The New York Times” qəzetinin məlumatına əsasən, Bill de Blazio bu həftəni ictimai əsaslarla, pulsuz olaraq dövlət işinə həsr etmək istəyir. Elə administrasiyanın 500 əməkdaşı, o cümlədən, onun xanımı Çirleyn Makrey də dincəlmədən şəhər infrastrukturunu ayaqda tutmaqdan ötrü çalışacaqlar. Bill de Blazio buna görə özünün 258 min 541 dollarlıq maaşından da kəsməyi planlaşdırır.
