İcra başçısı və Regional Vergi İdarəsinini rəisindən şikayətçi olan sahibkarlar İcra Hakimiyyətinə yürüş ediblər
Bu gün Şamaxıda 250 nəfərə yaxın sahibkar aksiya keçirib. Bu barədə JAM.AZ-a etiraz aksiyası keçirmiş sahibkarlardan biri məlumat verib.
Onun bildirdiyinə görə, etirazçılar Şamaxı Rayon İcra Hakimiyyətinin binası qarşısına yürüş edərək, tələblərini səsləndiriblər. Onların əsas tələbi icra başçısı Asif Ağayev və Regional Vergi İdarəsinin rəisinin özbaşınalığından olub. Aksiyaçılar tələb erdiblər ki, vaxtaşırı onlardan heç bir səbəb göstərilmədən pul yığılmasına son qoyulsun.
JAM.AZ-a məlumat verən sahibkarlar bildiriblər ki, məhz bu cür pul yığmalar səbəbindən rayonda bir neçə iş adamı müflis olub, bir o qədəri də xeyli borca düşüblər.
