|
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Türkiyənin I Liqasında çıxış edən "Boluspor" klubuna keçib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Araz Abdullayev "Neftçi"nin yetirməsidir. Ardından o, İngiltərə "Everton"una transfer olunub. Abdullayev Yunanıstanın "Panionios", "Qəbələ", Kiprin "Anortosis", "Qarabağ" komandalarında da forma geyinib.