|
Koronavirusa yoluxan müğənni reanimasiyaya yerləşdirilib

Karadeniz musiqisinin tanınan simalarından olan Cimilli İbo koronavirus infeksiyasına yoluxub.

Müalicə olunan ifaçının səhhəti pisləşib və reanimasiyaya yerləşdirilib.

Bacısı oğlu İbo ilə bağlı açıqlama verərək onun səhhətindən danışıb. O bildirib ki, əvvəl halı pis olsa da, müğənni bu gün yaxşılaşmağa başlayıb.