|
Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi bağlanacaq

“Dönrəxanalarda işləyənlərlə əmək müqaviləsi bağlanacaq”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr və Layihələrlə İş Departamentinin direktoru Hacı Əliyev keçirilən konfransda deyib. Qurum rəsmisi bildirib ki, dönər biznesi ilə məşğul olan obyektlərdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur:
“AQTA "dönərxanaların sağlamlaşdırılması layihəsi" çərçivəsində həmin qida obyektlərini lazımi avadanlıqlarla təmin edəcək.
Həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) publik hüquqi şəxs layihə çərçivəsində dönər obyektlərinin güzəştli kommunikasiya və reklam xidmətlərini, habelə sahibkarların təlim strategiyası üzrə biznes planlarının hazırlanmasını təmin edəcək”.