|
“Sevgiləri zərər verər” - Cangüdənlə gəzir
Türkiyənin Castin Biberi kimi tanınan 16 yaşlı müğənni Alpər Erözər İstanbulun Nişantaşı səmtindəki alış-veriş mərkəzində görüntülənib.

Axşam.az xəbər verir ki, ticarət mərkəzinə cangüdəni ilə girən ifaçı bunun səbəbini də açıqlayıb:

 

“Hər anımı izləyən pərəstişkarlarım var. Sevgiləri zərər verə bilər. Özümü qorumalıyam”.