Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsinə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı "UNDP Azerbaijan" Azərbaycanda İİV ilə bağlı dərmanların satınalınması işini davam etdirir.
Nazirlikdən APA-ya verilən məlumata görə, bu həftə baş tutan çatdırılmada BMTİP vasitəsilə ölkəyə 584 qutu dərman preparatı gətirilib. Bugünə qədər layihə ölkədə 6340 nəfər İİV-lə yaşayan şəxsin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.
