|
Minskdə keçirilən aksiyalarda 400-dən çox etirazçı saxlanıb

Belarusun paytaxtı Minskin müxtəlif rayonlarında bazar günü keçirilən icazəsiz etiraz aksiyasında 400-dən çox etirazçı saxlanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Saat 19:00-dan etibarən (Bakı vaxtı ilə 20:00) ölkədəki etiraz aksiyaları, Minsk istisna olmaqla, demək olar ki, hər yerdə bitib. Neçə yüz nəfər saxlanıb. Paytaxtın müxtəlif bölgələrində 400-dən çox adam nəzarətə alınıb”, - deyə, nazirliyin “Telegram” kanalında yayılan məlumatda qeyd olunub.